Nyu-Yorkun məşhur mafiya başçısı evinin qarşısında öldürüldü - FOTO

15 Mart 2019 12:12

ABŞ-da uzun müddətdir fəaliyyət göstərən İtaliya əsilli mafiya başçısı Frank Kali evinin qarşısında güllələnib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Qambiya ailəsindən olan Frank yaralı halda xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Amerika mətbuatı 1985-ci ildən bəri ilk dəfə mafiya liderinin öldürüldüyünü yazıb. Qambiya ailəsinin Nyu-Yorkdakı ən böyük 5 mafiya qruplaşmasından biri olduğu deyilir.

Polisin məlumatına görə, 53 yaşlı Kaliyə 6 güllə vurduqdan sonra üzərində maşınla keçiblər. 

Frank Kalinin 2015-ci ildən başlayaraq Qambiya ailəsini idarə etdiyi bildirilir.

Milli.Az