Azərbaycan vətəndaşı polisə 30 min rüşvət təklif etdi, həbs olundu

15 Mart 2019 11:58

Rusiyanın Perm diyarının Berezniki şəhərində 29 yaşlı Azərbaycan vətəndaşı rüşvət təklifinə görə həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2018-ci ilin noyabrında Rusiya ərazisində yaşamaq hüququnu göstərən sənəd olmadığına görə saxlanılıb. O, polis şöbəsinə aparılarkən yolda Perm diyarının Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına onu sərbəst buraxmaqları üçün 30 min rubl (780 AZN) təklif edib. 

Həmin şəxs 1 il 6 ay müddətinə təyin olunmuş cəzasını koloniya rejimində çəkəcək, üstəlik 150 min rubl (3900 AZN) miqdarında cərimə ödəyəcək.

Milli.Az