İhsanoğlu: "Qlobal Bakı Forumu Azərbaycanın dünyada nüfuzunun artmasına töhfə verir"

15 Mart 2019 10:48

Qlobal Bakı Forumunun böyük əhəmiyyəti var.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu deyib.

O qeyd edib ki, hər il çoxlu sayda hazırkı və sabiq dövlət, eləcə də hökumət başçılarının bu forumda bir araya gəlməsi ev sahibi kimi Azərbaycanın nüfuzunun göstəricisidir: "Eyni zamanda bu forum Azərbaycanın dünyada nüfuzunun artmasına, haqq səsinin dünyada eşidilməsinə öz töhfəsini verir. Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki Azərbaycan, bütün türk və İslam dünyası üçün önəmli məsələdir".

E.İhsanoğlu əlavə edib ki, Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir: "Azərbaycanın dünyadakı etibarının ildən-ilə güclənməsini görürəm. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun qurulmasında aktiv rol oynayır".

Milli.Az