Türkiyədə azərbaycanlı fahişələrə “Qonaq” gəldi - VİDEO - FOTO

15 Mart 2019 11:35

Türkiyədə - Amasyanın Merzifon rayonunda fahişəliyə qarşı "Qonaq" adlı əməliyyat keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aralarında azərbaycanlıların da olduğu 19 nəfər tutulub.

Polis 11 fərqli ünvanda əməliyyat həyata keçirib. Ölkəyə qeyri-leqal yollardan daxil olduğu müəyyənləşdirilən qadınlar arasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Gürcüstan vətəndaşları da var.

Fahişəliyə cəlb edilmiş qadınlar həkim müayinəsindən keçirilib. Qadınlardan birində cinsi yolla keçən sifilis aşkarlanıb.

Araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyədə fahişə əməliyyatı