Fudziyama vulkanı üzərində qeyri-adi bulud topası - VİDEO

15 Mart 2019 22:50

Bir neçə gün əvvəl Yaponiyanın Xonsyu adasındakı Fudziyama vulkanında maraqlı kadrlar lentə alınıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, vulkan dağının üzərində qeyri-adi formalı iri bulud topası nəzərə çarpıb.

Əvvəlcə bulud topası boşqab formasında olub. Sonradan isə dəyişərək zəngə bənzər forma alıb. Bəzi ufoloqlar videodakı bulud topasını yadplanetlilərə məxsus gəmi kimi qəbul ediblər.

Bəzi alimlər isə Yer atmosferində toplaşan su buxarının kondensasiyası kimi qəbul ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fudziyama vulkanı üzərində qeyri-adi bulud topası