Şəbnəm Tovuzlu Damla ilə küsülüdür? - AÇIQLAMA - VİDEO

15 Mart 2019 11:22

Müğənni Şəbnəm Tovuzlu həmkarı Damla ilə küsülü olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Ş.Tovulzu sosial şəbəkədə canlı yayım zamanı ona verilən sualı belə cavablandırıb:

"Damla ilə biz 2011 ci ildən toylara getmişik, bacı kimi olmuşuq. İndi də eləyik. Damla çox məclislərə getmir. O, həmkarlarımızın ad günlərində, nişanlarında, məclislərində iştirak etməyi sevmir. Amma mənim bir sözümlə Əlinin sünnət toyuna gəldi. Çünki biz bir yerdə çörək kəsmişik. O, Tovuzda mənim ata evimdə olub, bir yerdə toylara getmişik. Bizim aramızda heç vaxt problem olmayıb. Sadəcə, göz önündə olan xanımlarıq deyə, bizi qıcıqlandırmağa çalışırlar".

Qeyd edək ki, bir müddət öncə iki sənətçinin münasibətlərində soyuqluq olduğu barədə məlumat yayılmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şəbnəm Tovuzlu Damla ilə küsülüdür? AÇIQLAMA