İlin ən iyrənc cinayəti: 4 yaşlı oğlunu zorlayıb videoları satan ana tutuldu - VİDEO - FOTO

15 Mart 2019 12:03

Ukraynada "ilin ən iyrənc cinayəti" adlandırılan olay yaşanıb. 26 yaşlı qadın 4 yaşlı oğluna mütəmadi təcavaüz edib, cinsi əlaqələrin videolarını çəkərək satıb.

Milli.Az Ukrİnform-a istinadən bildirir ki, olay Vinnitsa şəhərində yaşanıb. Qadın pornoqrafik məzmunlu videoları internetdə sataraq pul qazanırmış.

Əvvəllər pornoqrafik filmlərə çəkilmiş bu qadın sonradan 4 yaşlı oğluna təcavüz etməklə iyrənc görüntüləri videokamera ilə çəkib və "biznes" qurub.

Ukrayna Milli Polisindən verilən məlumata görə, o, internetdə uşaqbazların və pedofillərin toplaşdığı qapalı forumlarda indiyədək 30-dan çox belə video və foto satıb.

Qadın oğlu 2 yaşında olanda övladına ilk dəfə təcavüz edib.

Hər videoçarxın qiyməti 1500-3000 qrivna (56-112 dollar) olub.

Qadının yaşadığı mənzildə axtarış aparılarkən onun noutbukunda pedofiliya (uqşaqbazlıq) kimi dəyərləndirilmiş çoxsaylı video və foto aşkarlanıb.

Əxlaqsız ananı 10 ilədək həbs gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İlin ən iyrənc cinayəti: 4 yaşlı oğlunu zorlayıb videoları satan ana tutuldu