Zaur: "Nazpəri efirdən kənarda qalıb soldu"

15 Mart 2019 11:40

Aparıcı Zaur Kamalın "5/5" verilişində dediyi sözlər müzakirəyə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, xalq artisti Nazpəri Dostəliyevaya söz atıb.

"Nazpəri Dostəliyeva neçə il efirdən uzaq qaldı, necə soldu gördünüz. Sonra efirə gələndən sonra qalxdı" ifadələrini işlədib.

Onun sözləri sosial şəbəkədə də müzakirə edilib. Müğənninin fanatları aparıcını qınayıblar.

Milli.Az