Yeni Zelandiyadakı faciədə ölənlərin sayı 49-a çatdı: onlarla yaralı - YENİLƏNİB - VİDEO - FOTO

15 Mart 2019 12:17

12:17

Milli.Az bildirir ki, Yeni Zelandiyanın Krasçörç şəhərində iki məscidə hücum nəticəsində həlak olanların sayı 49 nəfərə çatıb.

---------
10:47

Yeni Zelandiyanın baş naziri Casinda Ardern az öncə bəyanatla çıxış edərək bildirib ki, Krasçörç şəhərində iki məscidə hücumlar zamanı həlak olanların sayı 40 nəfərə çatıb.

Milli.Az bildirir ki, 20 nəfər hospitallara aparılıb.

----------
09:25

Şahidlərin dediklərinə görə, "Əl Nur" məscidindəki gülləbaranda ən azı 50 dəfə atəş açılıb.

Milli.Az CBS-ə istinadən bildirir ki, məscidə soxulan şəxs namazı başa vurmuş adamları nişan alaraq atəş açmağa başlayanda müsəlmanlar məsciddən qaçmağa çalışıblar.

Həmin şəxs Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Qrafton şəhərinin sakini Brenton Tarrantdır. O, "Əl Nur" məscidindəki gülləbarandan canlı yayım edib.

Yaralıların aparıldığı Kraystçörç hospitalının yaxınlığında da atəş səsi eşidilib. Polisdən verilən məlumata görə, "Əl Nur" və Linvud məscidlərinin yaxınlığındakı avtomobillərə də bir neçə bomba qoyulubmuş.

Məscidlərdə gülləbaran zamanı təqribən 100 müsəlman namazı başa vurmuşdular.

Brenton Tarrant məscidə yollananda Facebook-dakı profilində canlı yayıma başlayıb. Onun əynində kamuflyaj paltar, gülləkeçirməyən jilet, başında dəbilqə, əlində isə avtomat vardı. Avtomatın üzərinə "Gəlin, əyləncəyə başlayaq!" yazılmışdı.

Tarrantın maşınında 6 avtomat, 5 tapança və iki çantada patronlar vardı.

Twitter-dəki akkauntunda paylaşdığı manifestində Tarrant müsəlmanlara, İslama və miqrantlara nifrət etdiyini bəyan edib.

"Mən adi, fəhlə ailəsində douğlub böyümüşəm. Ailəmiz yoxsuldu. Xalqım üçün daha yaxşı gələcək istəyirəm. Yeni Zelandiya hücum üçün ilk seçimim deyildi. Sadəcə, Yeni Zelandiyada aksiyanı gerçəkləşdirsəm, bu ölkənin təhlükəsiz olmadığını göstərəcəyəm. Qoy, anlasınlar ki, onlar üçün dünyanın heç bir ölkəsi təhlükəsiz deyil. Ağdərililərin gələcəyini təmin etmişəm. Bu aksiyam tarix boyu müsəlmanların Avropada ağdərililərə qarşı törətdikləri vəhşiliklərə, yüz minlərlə insanı qətlə yetirmələrinə cavabımdır. Bu aksiya müsəlman qul tacirlərinin vətənlərindən didərgin salıb kölə etdikləri, satdıqları milyonlarla avropalının taleyinə cavabımdır. Bu aksiya Avropada terror hücumları nəticəsində həlak olmuş minlərlə avropalı üçün cavabımdır".

----------
09:19

Yeni Zelandiyada iki məsciddə gülləbaranlarda 28 nəfər həlak olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib.

"Linwood Masjid" və "Al Noor Mosque" məscidlərindəki gülləbaranlarda onlarla yaralı var.

Polis hücumda şübhəli bilinən 4 nəfəri - 3 kişini və 1 qadını saxlayıb. Onlardan biri Avstraliya vətəndaşı olan 28 yaşlı Brenton Tarrantır.

Tarrant 17 dəqiqə ərzində məsciddəki gülləbarandan canlı yayım edib. O, cinayəti törətməzdən əvvəl sosial şəbəkələrdə 37 səhifəlik "manifest" yayıb.

Tarrantın sosial şəbəkələrdəki akkauntları hazırda bağlıdır.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern faciəni ölkə tarixinin ən məşum günlərindən biri adlandırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Сеть слили кадры ужасной бойни в мечети в Новой Зеландии

Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 27 ölü, onlarla yaralı

Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 27 ölü, onlarla yaralı - 1

Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 27 ölü, onlarla yaralı - 2