Polşa 713 milyon dollar xərcləyəcək - ABŞ şirkəti ilə müqavilə imzalandı

15 Mart 2019 08:52

Polşa ordusu Amerikanın "Northrop Grumman Corporation" hərbi-sənaye şirkəti ilə müqavilə bağlayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müqavilə Polşada Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin yaradılmasının birinci fazası çərçivəsində "IBCS" rabitə və idarəetmə sistemlərinin istehsalı üzrə bağlanıb.

Məlumata əsasən, müqavilənin dəyəri 713 milyon dollar təşkil edir.

Milli.Az