Hindistanda körpü uçdu, ölənlər və yaralananlar var

15 Mart 2019 03:44

Hindistanın Mumbay şəhərində piyada körpüsü uçub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, körpünün uçması nəticəsində azı 5 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, insident axşam saatlarında Çxatrapati Şivadji vağzalı yaxınlığında baş verib.

"NDTV" telekanalı bildirir ki, səhər saatlarında körpü təmir işləri aparılıb.

Milli.Az