Pi-nin yeni rekordunu qıran qadın

14 Mart 2019 23:12

Emma Haruko Iwao pi ədədinin ifadə etdiyi rəqəmin dəyərini yenidən hesablayaraq dünya rekordunu qırıb.

Google əməkdaşı olan bu qadın 121 gün ərzində 170 tetrabayt yaddaş və 25 virtual maşından istifadə edərək pi-nin 31 trilyon rəqəmə bərabər olduğunu tapıb. Əvvəlki rekorda görə bu, 22 trilyon idi.

Pi dairənin uzunluğunu onun diametrinə böləndə alınan rəqəmdir.

Onun ilk üç rəqəmi - 3.14 riyaziyyat elmində daha çox istifədə olunur.

Pi mühəndislik, fizika, super kompüterləşdirmə və kosmik axtarışlar üçün çox əhəmiyyətlidir. Çünki, onun dəyəri dalğaların, silindrlərin və dairələrin hesablanmasında istifadə edilə bilər.

"Çox təəccübləndim", xanım Iwao deyib.

"Hələ də reallığı anlamağa çalışıram. Dünya rekordu [əldə etmək] həqiqətən çətin idi".

piPi-nin simvolu yunan əlifbasında 16-cı hərfdir

Iwao bundan sonra işini genişləndirmək istəyir.

"Pi ilə son yoxdur, rəqəmlərlə daha çox işləmək istəyərəm", o, BBC News-a deyib.

31.4 trilyon rəqəmi söyləmək 332,064 il ala bilər.

Google bu xəbəri 14 mart Pi Günündən elan edib.

2010-cu ildə Nicholas Sze Yahoo-nun bulud sistemindən istifadə edərək pi-nin iki kvadrillion rəqəminin sıfır olduğunu deyib.

Sadə kompüterdə bunu 500 ilə hesablamaq mümkün olardı.

Lakin o, arada qalan bütün rəqəmləri hesablamamışdı.

Nasa bundan əvvəl pi-dən hansı yollarla istifadə etdiyini açıqlamışdı.

- Marsın səthinə yollanmalı olan kəşfiyyatçıy lazım olan paraşütün ölçüsünü hesablamaq.

- Planetin səthinin xəritəsini qurmaq üçün düzbucaqlı kamera fotolarının sayının müəyyənləşdirilməsi.

- Hava gəmilərinin planetlərin orbitlərinə zamanında girməsini hesablamaq.

Milli.Az