"Traktor" lider oldu

14 Mart 2019 23:02

İran çempionatında 22-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" evdə Xorasanın "Padideh" klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Traktor" - "Padideh" - 1:0
Qol: Antoni Stokes, 22

Bu nəticədən sonra "Traktor" xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. "Persepolis" 42 xalla 2-ci, "Sepehan" 41 xalla  3-cüdür.

Milli.Az