Pakistanda bazarda partlayış törədilib: ölənlər və yaralananlar var

14 Mart 2019 21:46

Pakistanın Pandjqur dairəsində bazarda partlayış törədilib. Hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yaralananlardan üçünün vəziyyəti ağırdır.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az