Şahmat üzrə dünya çempionatında komandamız yeddinci olub

14 Mart 2019 21:42

Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib.

Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub.

Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub.

İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.

Milli.Az