Zidandan futbolçulara xəbərdarlıq

14 Mart 2019 21:12

9 aylıq fasilədən sonra yenidən "Real"a qayıdan Zinəddin Zidan dünən ilk məşq zamanı futbolçulara ciddi xəbərdarlıq edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis heç bir oyunçunun əsas heyətdə yerinin daimi olmadığını bildirib:

"Keçmişi unudun. Biz sıfırdan başlayırıq. Hazırda sizin hər birinizin hansı vəziyyətdə olması önəmli deyil. Buna qədər etdiklərimiz də heç bir məna kəsb etmir. Heyətdə heç kimin yeri daimi deyil və eyni zamanda, heç kim bu şansı itirməyib. Qarşıdakı aylardan faydalanmalıyıq".

Qeyd edək ki, 3 gün öncə "Real"ın baş məşqçisi təyin olunan Zidan ispan klubu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Milli.Az