Bakıya 395 yeni avtobus gətirilib

14 Mart 2019 20:57

2018-ci ildə Bakıya 395 yeni avtobus gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daşıyıcılar tərəfindən il ərzində ümumilikdə dövlət büdcə vəsaiti hesabına 300 və daşıyıcılar tərəfindən isə 95 yeni avtobus alınıb.

Bundan əlavə 1 nəqliyyatın mübadilə mərkəzi və 1 yeni avtobus parkı istifadəyə verilib.

İl ərzində daha 5 marşrut xətti nağdsız ödəniş sisteminə keçirilib və bununla da bu sistemlə işləyən marşrutların sayı 20-dən 25-ə qaldırılıb.

Nağdsız ödəniş sistemi tətbiq edilən avtobusların sayı 503-ə çatdırılıb.

Milli.Az