Eyni gün həm ata, həm də baba oldu

14 Mart 2019 18:59

Prodüser Mustafa Uslu və Sinem Öztürk ötən gün valideyn olmuşdular.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prodüser eyni gündə həm ata, həm də baba olduğunu bildirib.

"Bəlkə də dünyada bir ilkdir. Ata olandan 1 saat sonra isə baba oldum. Qızımdan xahiş etdim ki, öncə mən ata olum, sonra baba olaram. O da təklifimi qəbul etdi" deyə, Mustafa bildirib.

Milli.Az