Tibet hormonal gimnastikası - Gündə cəmi 5 dəqiqə

14 Mart 2019 21:35

Tibet monarxlarının tərtib etdikləri bu gimnastika növü, endokrin vəzilərin hormon sintezini təxminən 25-30 yaşdakı kimi edir.
Bu gimnastika çox asandır və gün ərzində cəmi 5 dəqiqə vaxt tələb edir. Onu həm də yataqdan qalxmadan da etmək mümkündür. Lakin bu zaman səhər saat 6-da yuxudan oyanmaq tələb olunur.

Milli.Az medicina.az-a istinadən Tibet hormon gimnastikasını təqdim edir:

1. Əllərin sürtülməsi

Çarpayıda uzanaraq bir neçə saniyə əllərinizi bir-birinə istiləşənə qədər sürtün. Bu cür öz biosahənizin diqnostika edə bilərsiniz. Əgər ovuclarınız quru və isti olarsa deməli enerjinidə hər şey qaydasındadır. Əgər onlar istidilərsə, o zaman biosahə zəifdir. Əgər ovuclar nəm və soyuq qalırlarsa deməsi sizin orqanizminizdə ciddi sağlamlıq problemləri var.  

2. Palminq
Əllərinizi bir -birinə sürtdükdən sonra istilənən ovuclarınızı gözlərinizin üzərinə qoyun. Daha sonra hər saniyədən bir olmaqla yüngülcə sıxın. 30 saniyəyə 30 sıxma hərəkəti etmək tələb olunur. Daha sonra ovuclarnızı gözlərinizdən götürmədən 30 saniyə saxlayın. Əgər görmə qabiliyyətiniz zəifdirsə o zaman 2 dəqiqə saxlayın. Bu müddət ərzində göz almasının və  görmə reseptorlarının qidalanması baş verir. Beləliklə də görmə qabiliyyəti yaxşılaşır.
 
3. Qulaqların sıxılması
Ovuclarınızı barmaqlarınızın ənsədə birləşəcəyi formada qulaqlarınıza qoyun. Eyni qayda ilə hər saniyədə 1 dəfə olmaqla qulaqlarınızı sıxın. Hərəkəti 30 dəfə təkrar edin. Qulaq xəstəlikləri zamanı bu hərəkət bir sıra problem yarada bilər. Lakin buna baxmayaraq yumşaq bir şəkildə hərəkəti davam etdirmək lazımdır. Bir müddətdən sonra eşitmə qabiliyyətinizin düzəldiyini və xəstəliklərin əlamətlərinin yaxşılaşdığının şahidi olacaqsınız.

4. Sifətin dartılması
Baş barmağınızı qulağınızın arxasına qoyun, əlləriniz yumuruqlayın və üzünüzü çənədən qulağa doğru dartın. Hərəkəti 30 dəfə təkrar edin. Hərəkəti bitirdikdən sonra üzünüzün qan dövranının yaxşılaşdığını və hətta tərlədiyini hiss edəcəksiniz. Bu hərəkət sonrası üz çevrəsi dartılacaq və limfa şişkinliklərini aradan qaldırır.

5. Alının masajı
Sağ ovcunuzu alnınıza qoyun. Sol ovucunuz da ondan yuxarıda yerləşdirərək gicgahlara doğru hərəkət edin. Bu hərəkət sayəsində burun boşluğu sinusları düzəlir, hipofizin işi sürətlənir, qırışlar azalır.

6. Qalxanabənzər vəzin masajı

Sağ əlinizi qalxanabənzər vəzinin üzərinə sol əlinizi isə ondan yuxarı qoyun. Daha sonra sol əliniz qalxanvari vəzidən göbəyə doğru sürtün. Hərəkəti 30 dəfə təkrar edin. Hərəkət bitdikdən sonra sol əlinizi sağ əlinizin üzərinə qoyaraq bu vəziyyətdə bir neçə saniyə saxlayın.  

7. Qarının masajı

Qarnınızı dairəvi hərəkətlərlə masaj edin. Sağ əl aşağıda sol əl isə yuxarıda olmalıdır. Hərəkəti 30 dəfə təkrara edin. Bir müddətdən sonra qəbizliyinizin keçdiyini və bağırsağlarınızin fəaliyyətinin normaya düşdüyünün şahidi olacaqsıznız.

8. Silkələnmə

Bu hərəkəti ya döşəmədə ya da çox sərt yataqda etmək tələb olunur. Əllərinizi və ayaqlarınızı yuxarı qaldırın. Pəncəniz və əlləriniz döşəməyə paralel şəkildə olmalıdır.  Əvvəlcə əllərinizi və ayaq pəncənizi dairəvi şəkildə fırladın daha sonra isə əllərinzi və ayaqlarınızı silkələyin. Nəticədə kapillyarlarda olan qan dövranı yaxşılaşacaq. Hərəkəti 30 dəfə təkrar edin.

9. Ayaqların sürtünməsi

Oturun və ayaq pəncələriniz masaj edin. Eyni vaxtda hər iki ayağınızı bir birinə sürtün. Əgər dabanlarınız quruduqsa o zaman hər hansı bir yağdan istifadə edin. Masajı 30 saniyə ərzində edin. Əsasən də ağrılı nöqtələrə diqqət edin.

Milli.Az