"Baş məşqçimizdən bunu xahiş edəcəyəm" - Pike hücumda oynamaq istəyir

14 Mart 2019 18:14

"Barselona"nın müdafiəçisi Jerar Pike hücumda oynamaq istdiyini deyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müdafiəçi "Lion" matçında fərqlənib.

"Həmişə hücum xəttində oynamaq istəmişəm. Qol vura biləcəyim anı hiss edirəm. Suares yorulanda onu hücumda əvəzləməyə hazıram. Baş məşqçimizdən bunu xahiş edəcəyəm. Ümid edirəm ki, imtina etməyəcək. Ronaldo? Ulduz futbolçular önəmli rol oynayır. Bu, doğrudur. Lakin heç kim komandaya mükafatı təkbaşına qazandırmır. Messi kimi komanda yoldaşın varsa, deməli arxayın ola bilərsən. Onun elədikləri, sadəcə, möcüzədir",- Pike bildirib.

Milli.Az