Millət vəkili: "Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

14 Mart 2019 17:44

"Vərəmin yaranmasında sosial faktorların ciddi rolu var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva "Azərbaycanda vərəmlə mübarizə" mövzusunda keçirilən dinləmələrdə çıxış edərkən deyib.

Q.Paşayeva bildirib ki, vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır:

"Bu istiqamətdə sosial dəstək layihələrinin artırılması vacibdir. Bu problem bölgələrdə, kəndlərdə daha qabarıq görünür. Bölgələrdə gördüklərimiz bizi narahat edir və bu sahədə daha çox işlər aparılmalıdır. Düşünürəm ki, problemin həllində ən vacib məsələ maarifləndirmədir, lakin burada müəyyən boşluqlar var".

Millət vəkili əlavə edib ki, mediada da vərəmlə bağlı maarifləndirmə işlərinə daha geniş yer verilməsinə ehtiyac var.

Milli.Az