Hakimlər qızı zorlayanlara bəraət verdi: səbəbi sizi ŞOKA SALACAQ

15 Mart 2019 07:00

İtaliyanın Ankona şəhərində 200-dən çox insan məhkəmə binasının qarşısında etiraz aksiyası təşkil edib.

Milli.Az xəbər verir ki, şəhər sakinləri hakimlərin qərarından şoka düşüblər.

Məlumata görə, hamısı qadınlardan ibarət olan hakimlər qrupu qızı zorlama üçün cazibəsiz hesab ediblər və bununla da, şübhəlilər bəraət qazanıblar.

2017-ci ildən gedən cinayət işi üzrə məhkəmə hökmü 2019-cu il martın 8-də dərc edilmişdi. Hakimlərin verdiyi qərarın əsaslandırılmasına görə, qadın kişini xatırladırdı və buna görə də o, cazibəsiz idi. Müttəhimlərin sözlərinə görə, qadın onları cəlb etmirdi.

Bildirilir ki, cinayətin qurban şəhəri tərk etməyə məcbur olub, çünki kişiləri məhkəməyə verən qadın sakinlərin sərt qınağına məruz qalıb. İtaliyanın qanunvericiliyinə görə zərərçəkənin adı açıqlanmayıb.

Etiraz aksiyasının iştirakçıları hökmə yenidən baxılmasını tələb edirlər. (publika.az)

Milli.Az