"Rafael Dadaşovu sevirdim" - Əməkdar artistdən etiraf

14 Mart 2019 18:34

Əməkdar artist Nahidə Orucova xalq artisti Rafael Dadaşova sevgisini etiraf edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, gənc yaşlarından Dadaşova aşiq olub:

"Onu çox sevmişəm. Bəlkə də xəbəri var, bilmirəm. Ancaq onu hər zaman sevdim. "Ordan-burdan" tamaşasında oynuyurdu. Mən həmin ərəfədə universitetdə oxuyurdum. Həmin vaxt onu sevirdim. 

Sonralar ürəyimi ona açdım ki, səni sevirəm. Zarafatla dedi ki, mən də səni sevirəm. Gizli sevginin öz ləzzəti var".

Milli.Az