Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - VİDEO - FOTO

14 Mart 2019 15:47

Yerevanda Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsinə etiraz əlaməti olaraq dünəndən etibarən kütləvi aksiya keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hökumətin qərarından narazı olan işçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlamağa cəhd ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər, saxlanılanlar var.

Ölkədə "məxməri inqilab"dan sonra baş tutan ilk toqquşmada etirazçılar Yerevan meri Ayk Marutyanla görüş tələb edirlər.

***

"Sputnik Ermənistan" xəbər verir ki, 16 nümayişçi polis şöbəsinə gətirilib.

***

Kafenin sökülməsi prosesi dayandırılıb. Müəssisənin əməkdaşları Azadlıq Meydanına toplaşıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Протесты в Ереване - полиция задерживает недовольных

Протесты в Ереване - полиция задерживает недовольных-1