Nazir: "Xidməti avtomobillərlə təmin olunacaq vəzifəli şəxslərin siyahısı ilə bağlı təkliflərə baxılır"

14 Mart 2019 12:30

Hazırda xidməti nəqliyyat vasitələri ilə təmin olunmalı olan vəzifəli şəxslərin siyahısı ilə bağlı təkliflərə baxılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Maliyyə Nazirliyi bu istiqamətdə təkliflər hazırlayıb: "Hələ ki son qərar verilməyib. Bu barədə qərar qəbul etmək Maliyyə Nazirliyinin səlahiyyətində deyil".

Milli.Az