Əbu-Dabi turistlərin cəlb olunması üçün 500 milyon dirhəm sərf edəcək

15 Mart 2019 07:19

Əbu-Dabi Turizm və Mədəniyyət İdarəsi əmirliyə turistlərin cəlb olunması üçün 500 milyon dirhəm (137 milyon dollar) xərcləyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı idarənin rəis müavini Seyf Səid Qobaş açıqlayıb.

Marketinq proqramının məqsədi - Əbu-Dabinin rəqabətədavamlılığını möhkəmləndirmək və növbəti üç il ərzində aparıcı bazarlarda Əmirliyin turizm imkanları barədə məlumatlılığı artırmaqdır. Bununla əlaqədar, Əbu-Dabi ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Hindistanda bu ölkələrdən turist axınının artırılması üçün təqdimatlar keçirəcək.

Xatırladaq ki, 2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabini 10 milyondan çox turist ziyarət edib.

Milli.Az