İspaniya Avropanı xilas edəcək

15 Mart 2019 05:43

İspaniya İtaliyada və digər Aralıq dənizi ölkələrində zeytun məhsulunun az olması səbəbindən Avropada zeytun yağının əsas istehsalçısı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə İspaniya təqribən 1,6 milyon ton, yaxud Aİ-də zeytun yağının ümumi həcminin 75 faizi qədər yağ ixrac edəcək.

İtaliyada zeytun yağı istehsalı 50 faiz azalıb. Bu il ölkə yalnız 205 min ton zeytun yağı istehsal etməyi planlaşdırır. İspaniyada, əksinə, istehsalın 26 faiz artacağı gözlənilir.

Digər tərəfdən, İspaniya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə zeytun yağının qiymətləri 28 faiz ucuzlaşıb. Gözlənildiyinə görə, ixracatın həcminin artması qiymətlərin ucuzlaşmasını kompensasiya edəcək.

Milli.Az