“Palmali” şirkəti "Armada" gəmiləri alacaq

8 Aprel 2010 18:31
Şirkətin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, müqaviləyə əsasən, "Palmali" zavoddan ümumilikdə 5 ədəd üçüncü seriya "Armada" layihəli RST22M tipli gəmi alacaq. Gəmilərin şirkətə tam təhvili prosesi 2011-ci ilin iyul ayında işə salınacaq. Birinci seriya "Armada" tipli 10 tanker və "Yeni Armada" tipli 5 tanker dəniz-çay qarışıqlarında müvəffəqiyyətlə idarə edilir. Bu tankerlər xam neftin, mazut, dizel yanacağı, həmçinin başqa neft məhsulları və bitki yağları olan yüklərin Xəzər, Qara, Aralıq, Baltik və Şimal dənizlərində, Avropanın ətrafında dəniz keçidləri də daxil olmaqla, İrland dənizinə belə qış aylarında daşınmasında olduqca əlverişlidir.

Bu gəmilər Volqa-Don kanalının və Volqa-Baltik marşrutunun ölçülərinə tam uyğundur. "RST22M" layihəli gəminin uzunluğu 139.95 m, eni 16.6 m, korpus hündürlüyü isə 6.0 metrdir.

Birinci seriya "Armada" tankerləri ilə müqayisədə ikinci layihəli gəmilər gücləndirilmiş dəniz funksiyasına, həmçinin çay şəraitində 650 tondan artıq yükgötürmə qabiliyyətinə və yük tanklarının tutumuna malikdir. Gəmilər bitki yağlarının daşınması üçün yeni beynəlxalq tələblərə tamamilə uyğun gəlir.

Qeyd edək ki, 6 yük tankının tam tutumu 8090 m3 təşkil edir.

Milli.Az