"Məğlubiyyətə layiq idik" - Niko Kovaç

14 Mart 2019 13:18

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Liverpul"a 1:3 hesabı ilə məğlub olan "Bavariya"nın baş məşqçisi Niko Kovaç açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, məğlubiyyətə layiq olduqlarını deyib:

"Liverpul" çox güclü rəqibdir. Həm onları, həm də Yurgen Kloppu təbrik edirəm. Onlar hər iki oyunda bizdən daha yaxşı idilər. Bizə hücumda təzyiq göstərdilər və boşluq buraxmadılar. Bu da bizim üçün hər şeyi çətinləşdirdi. "Liverpul" Avropanın ən yaxşı komandalarından biridir, bizə limitlərimizi göstərdi. Məğlubiyyətə layiq idik".

Xorvat mütəxəssis, artıq Bundesliqaya və Almaniya kubokuna köklənəcəklərini bildirib:

"Artıq mübarizə aparacağımız iki turnir var. Bundesliqada liderik, kubokda da mübarizə aparırıq. Hədəfimiz hər iki turnirdə qalib gəlməkdir".

Milli.Az