Milli.Az xəbər portalı "New Zealand Herald"a istinadən bildirir ki, Liberiya bayrağı altında üzən "Rena" yük gəmisində 1368 konteyner vardı. Onların arasında 11 konteynerdə təhlükəli maddələr vardı.
Astrolabiya qayalıqları yaxınlığında saya oturmasından sonra gəmidən okeana böyük miqdarda mazut dağılıb. Havanın küləkli və yağışlı olması ucbatından gəminin heyəti hələ də "Rena"da olduğundan gəmidəki yanacaq boşaldılmır.
Gəminin kapitanının məhkəməsi isə dünən başlanıb. Onun 1 il həbs və 8 min dollarlıq cərimə ilə cəzalandrılacağı bildirilir.
Yeni Zelandiyanın ekologiyanın mühafizəsi naziri Nik Smitin dediyinə görə, "Rena"nın qəzası ölkə sahillərində indiyədək baş vermiş ən böyük ekoloji fəlakətdir.
"Rena"nın göyərtəsində çat olduğundan, okeana 1500 ton yanacaq axa bilər.