"Qarabağ" və "Qəbələ"nin futbolçusu Albaniyanın prezidenti ilə görüşdü - FOTO

14 Mart 2019 12:23

Albaniyanın prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak etmək üçün Bakıya gəlib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, dövlət başçısı Topaz Premyer Liqasında çıxış edən həmyerliləri ilə görüşüb. Belə ki, İlir Meta "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli və "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilayla bir araya gəlib. Bu barədə hə dövlət başçısı, həm də futbolçular sosial mediada paylaşım edib. 

İlir Meta bunu xüsusi vurğulayaraq, adıçəkilən oyunçuları ölkələrinin Azərbaycandakı ən yaxşı təmsilçiləri adlandırıb: "Azərbaycandakı ən yaxşı səfirlərimizdən ikisi, tanınmış futbolçularımız Ansi Aqolli və Sabien Lilayı Bakıda ziyarət etmək xüsusi bir zövq idi".

Milli.Az