Xərçəng xəstəliyindən əziyyət çəkən Ramilin yardıma ehtiyacı var - FOTO

14 Mart 2019 12:19

Bu gün 1978-ci ildə Ağstafa rayonunun Həsənsu kəndində anadan olmuş, hazırda Bakının Binəqədi rayonunda (Rəsulzadə qəs.) yaşayan Əliyev Ramil Zakir oğlunun yardıma böyük ehtiyacı var.

O, iki ildir ki, Hoçkin linfoması (Linfoma xərçəngi) xəstəliyindən əziyyət çəkir. Yaxınlarının verdiyi məlumata görə, Ramil Əliyev ilkin olaraq Azərbaycanda, sonra isə Türkiyədə əməliyyat olunub. Bu əməliyyatlardan sonra onun səhhətində müsbət irəliləyişlər olsa da, yenidən problemlər yaranıb və Hoçkin linfoması xəstəliyinin əlamətləri özünü göstərib.

Hazırda o, İstanbulun "Anadolu" klinikasında müalicə alır və bu müalicənin ilk mərhələsində həkimlər Ramilin səhhətində müsbət irəliləyişlər müşahidə ediblər. Bildiriblər ki, onun tam şəkildə bu xəstəlikdən qurtulub normal həyata dönüşü üçün 68 000 ABŞ dolları (115 600 AZN) vəsaitə ehtiyac vardır. Əgər bu məbləğ toplanarsa, o, tam şəkildə sağalaraq onu gözləyən doğmalarının yanına qayıda bilər. Ailənin isə buna imkanı yetərli deyil.

Qeyd edək ki, Ramil Əliyevə maddi kömək etmək istəyən şəxslər aşağıda göstərilən hesab nömrəsinə və bank kartı hesabına köçürmə edə bilərlər. 

Milli.Az