Oteldə qalan sevgililər 8-ci mərtəbədən özlərini atdılar - FOTO

14 Mart 2019 11:50

Türkiyədə bir gündə eyni binada iki intihar hadisəsi qeydə alınıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, hadisə İstanbulda, Taksimdəki otellərin birində baş verib.

Oteldə qalan 2 İran vətəndaşı ard-arda özlərini 8-ci mərtəbədən atıb.

Tullanmazdan əvvəl mübahisə etdikləri deyilən turistlərdən biri ölüb, digərinin isə vəziyyəti ağırdır.

Ölən şəxsin adı Dr. Tatai, yaralanan qızın adı isə Nasım Mahaldır.

Emin
Milli.Az