Zaur bir il keçməmiş boşandı

14 Mart 2019 11:17

Aparıcı Zaur Nəbioğlu həyat yoldaşından ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütluk bir müddətdir ayrı yaşayır. Hətta onlar arasında rəsmi boşanma da olub.

Zaur əməkdaşımızla söhbətində məsələyə belə münasibət bildirib:

"İndiyənə kimi şəxsi həyatımla bağlı heç vaxt danışmamışam. İndi də susuram. Bu ənənəm hər zaman davam edəcək".

Qeyd edək ki, Zaurun yanvarda qızı dünyaya gəlib. O, ötən ilin aprelində qohumu olan xanımla ailə qurmuşdu.

Milli.Az