Rəmiş: "Xoşqədəm xanımın üzərimdə böyük haqqı var"

15 Mart 2019 05:14

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) səhhətindən danışıb.

Milli.Az xəbər verir ki, sənətkar "ölkə.az"a açıqlamasında bildirib ki, bir müddət öncə ağ ciyərində yaranmış problem qismən aradan qalxıb:

"Ağ ciyərimdə problem var, oksigen çatmır. Xəstəxanada yatdım, müalicə olundum. İndi özümü yaxşı hiss edirəm. Xoşqədəm xanımın mənim üzərimdə böyük haqqı, zəhməti olub. Adam gərək haqqı itirməsin. Doktor Cahid Şahbazova da dəstəyinə görə təşəkkürümü bildirirəm".

Xalq artisti sonda Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə təbrik edib:

"Xalqımızın Novruz bayramını təbrik edirəm. Hamıya-millətimizə, dövlətimizə uğurlu olsun".

Milli.Az