4 otaqlı ev külə döndü: xəsarət alan var

14 Mart 2019 10:50

Beyləqanda 4 otaqlı ev yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Dünyamalılar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az