“Mançester Siti”də portuqaliyalı futbolçu ilə "nikah təzələdi"

14 Mart 2019 10:44

"Mançester Siti" Bernardo Silva ilə müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, tərəflər arasında yeni müqavilənin müddəti 2025-ci ildə başa çatacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi ilə əvvəlki sözləşmənin müddəti 2022-ci ildə başa çatacaqdı.

İki il əvvəl Fransanın "Monako" klubundan 43 milyon funt-sterlinqə "Mançester Siti"yə transfer olunan 24 yaşlı futbolçu, bu mövsüm İngiltərə təmsilçisinin heyətində 40 oyuna çıxıb, 9 qol vurub.

Milli.Az