"Dünyada tək zalım varsa, o da sənsən"

14 Mart 2019 10:11

Türkiyə Dəyanət Vəqfi 5-ci Byenəlxalq Yaxşılıq Mükafatlarının təqdimat mərasimini təşkil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan sərt açıqlamalar verib.

O, İsrail baş naziri Benyamin Netanyahuya səslənərək onu zalım adlandırıb:

"Türkiyədə jurnalistlərin həbsdə olmasından narahat imiş. İsraildə minlərlə uşaq, qadın, yaşlını həbsxanaya salan sən deyilmisən? Bizim məbədlərimizə, "Məscidi-Əqsa"ya hücum edənlər, orada din adamlarını döyənlər sizin əsgərlər, polsilər deyilmi? Bunu necə izah edəcəksən? Əgər dünyada bir zalım varsa, o da sənsən. Utanmadan, bezmədən danışırsan. İsrail bizi təhrik etmək istəyir, amma biz təhrik olmayacağıq".

Ərdoğan sözlərinə əlavə edib ki, dünyanı hirs, qisas və həsəd deyil, yaxşılıq dəyişdirəcək:

"Bu gün dünyada sülh və əmin-amanlığın qarşısındakı yeganə əngəl iradə əskikliyi, vicdan qıtlığıdır. Bəzi müsəlman dövlətlər birlikdə qərb dövlətləri insanlıq imtahanından keçə bilmədilər. Qətl edilən xalqların fəryadını eşitmədilər. Aclıqdan bir dəri, bir sümük qalan insanların asimana yüksələn hayqırışını eşitmədilər".

Milli.Az