Azərbaycanda yeni yaradılan mərkəzin işçilərinin sayı müəyyən olundu

14 Mart 2019 10:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov tərəfindən qərar imzalanıb. Qərara əsasən, Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilib.

Mərkəzin strukturu isə inzibati idarəetmə heyəti, Sosial reabilitasiyanın təşkili, Təsərrüfat və xidmət şöbələrindən ibarət olacaq.

Milli.Az