Bakıda beşmərtəbəli binada yanğın

14 Mart 2019 09:20

Bakıda beşmərtəbəli binada yanğın baş verib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 2 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az