Teleaparıcının canlı yayımdakı jesti əxlaqsızlıq sayıldı - VİDEO - FOTO

14 Mart 2019 13:24

Keniyanın ən populyar telekanalı NTV-nin teleparıcısı olan Denn Mvanqi canlı yayımdakı davranışına görə üzr istəyib.

Milli.Az SDE Kenya-ya istinadən bildirir ki, Efiopiyada Boeing 737 MAX 8 avialaynerinin qəzasından danışarkən arxadakı kadrlarda təyyarənin yerə düşərək partladığı anın kompüter modelləşdirilməsi səhnəsi vardı. Mvanqi, sanki, tüstüdən boğulurmuş kimi əllərini yelləyib və kadrdan çıxıb.

Teleaparıcının bu hərəkəti sosial şəbəkələrdə əxlasqızlıq adlandırılıb.

"NTV-nin aparıcısı tərbiyəsizdir. O qəzada keniyaalılar da həlak olub. Mvanqi isə çox əxlaqsız, iyrənc və tərbiyəsiz hərəkət etdi", - sosial şəbəkə istifadəçiləri yazıblar.

Boeing 737 MAX 8 avialaynerinin Keniyada qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Onlar 33 ölkənin vətəndaşları idilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Teleaparıcının canlı yayımdakı jesti əxlaqsızlıq sayıldı