Ankarada qatar relsdən çıxdı - Dağılan yanacaq hərəkəti iflic etdi - VİDEO - FOTO

14 Mart 2019 09:05

Səhər saatlarında Ankara dəmir yolunda qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza hərəkətdə olan yük qatarının relsdən çıxması səbəbindən baş verib. 4 vaqonun relsdən çıxması nəticəsində yanacaq ətrafa dağılıb.

Qəza səbəbindən dəmir yolu xəttində hərəkət dayanıb. Hadisə yerinə qəza-xilasetmə briqadası cəlb olunub.

İnsident nəticəsində xəsarət alan olmayıb. Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Турции поезд сошел с рельсов