Məşhur müğənni və aktyor eşqlərini gizlədə bilmədilər - FOTO

14 Mart 2019 14:57

Populyar aktyor Çenninq Tatum və müğənni Cessi Cey dünən Londondakı Hitrou hava limanında idilər. Onları paparassilər ilk dəfə birgə əks etdiriblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 38 yaşlı Çenninqlə 30 yaşlı Cessi reportyorları görəndə utanıb pərt olublar və avtomobilə doğru sürətlə hərəkət ediblər.

Çeninq Tatumla Cessi Cey arasındakı eşq macərası ötən ilin oktyabrında, ABŞ-ın Sietl şəhərindəki "Henry's Tavern" restoranında birgə şam yeməyində aşkarlanmışdı. Fotolar yayılandan sonra aktyorun arvadı Cenna Dyuenn məhkəməyə boşanma ərizəsi ilə müraciət etmişdi.

Milli.Az