Türkiyədə avtobus aşdı - 15 yaralı

13 Mart 2019 20:51

Türkiyənin Amasiya vilayətində sərnişin avtobusu aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusun aşması nəticəsində 15 nəfərin müxtəlif xəsarətlər aldığı bildirilir.

Bütün yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların hamısının Türkiyə vətəndaşları olduğu deyilir.

Yol qəzasının baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi göstərilir.

Milli.Az