ABŞ-dan Türkiyəyə gözlənilən şərt: İmtina etsən, hazırıq

13 Mart 2019 21:41

Türkiyə ilə "Patriot" raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsi şərtdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Nazir köməkçisi Ketrin Vilbarqer Ankaradan müsbət cavab alacaqları təqdirdə danışıqlara hazır olduqlarını bəyan edib.

Milli.Az