Azərbaycan MDB dövlətlərinin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək

13 Mart 2019 19:34

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvaya yola düşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

Milli.Az