Avropada peyvənd olunmayan uşaqlarla bağlı QƏRAR: məktəb və bağçalara getməsi qadağan edildi

13 Mart 2019 19:54

Avropada uşaqların peyvəndlənməsi ilə bağlı məsələ ciddi şəkildə gündəmə gəlib. Hətta İtaliyada peyvənd olunmayan uşaqların məktəb və bağçalara getməsi qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı yeni qərar martın 12-i qüvvəyə minib.

Qeyd olunur ki, hər hansı bir uşağın valideyni onun peyvənd olunduğunu təsdiq edə bilməsə, 500 avro məbləğində cərimə olunacaq.

Bu arada Bolonya şəhərində 300-ə yaxın uşağın valideyni peyvənd olunma barədə sənəd təqdim edə bilmədiyi üçün uşaqlar bağçaya buraxılmayıb.

Bundan başqa, bir neçə nəfər peyvənd barədə saxta sənəd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az