Kitab oxu, ömrün uzansın - ARAŞDIRMA

13 Mart 2019 19:19

Həftədə 2 saat kitab oxumaq 2 illik ömrün uzanması deməkdir. "Social Science and Medicine" tərəfindən aparılan araşdırmanın nəticəsində belə bir fikir açıqlanıb. "Social Science and Medicine" 3 min 635 nəfər üzərində apardığı araşdırma zamanı bu qənaətə gəlib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən dünyanın ən çox kitab oxuyan ölkələrinin adlarını təqdim edir.

"NOP World Culture Score Index"in məlumatına görə, bu gün dünyada ən çox kitab oxuyan ölkə Hindistandır. Hindistanda adambaşına həftəlik kitab oxuma 10 saat təşkil edir. Ən çox kitab oxuyan ölkələr sırasında növbəti yerdə isə Tailand qərarlaşıb. Tailand əhalisi həftəlik təxminən 9 saatını kitab oxumağa həsr edib. Çində əhali həftənin 8 saatını, Filippin və Misirdə isə 7 saatını kitab oxumağa həsr edir. Siyahıda növbəti yerlərdə Çexiya, İsveç, Fransa, Macarıstan, Səudiyyə Ərəbistan, Polşa, Venesuela, Cənubi Afrika Respublikası, Avstraliya, İndoneziya, Argentina və Türkiyə qərarlaşıb. Türkiyədə isə kitab oxuyanlar həftəlik 6 saatını bunun üçün ayırırlar.

UNESCO-nun rəqəmlərinə görə, türkiyəli vətəndaşların ehtiyac siyahısında kitab 235-ci yerdədir. Uşaqlara kitab hədiyyə edilməsinə görə isə Türkiyə 140-cı yerdə qərarlaşıb.

Türkiyədən bir neçə pillə aşağıda yer alan Yaponiyada isə həfətlik kitab oxuma 4 saatdır.

Qeyd edək ki, sözügedən siyahıda Azərbaycanın adı yer almayıb.

Milli.Az