Nigeriyada məktəb binası çökdü - 100-dən çox şəxs...

13 Mart 2019 16:29

Nigeriyanın Laqos ştatında üçmərtəbəli məktəb binası çöküb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dağıntılar altında 100-dən çox şəxs qalıb.

Hazırda həmin şəxslərin xilas olunması üçün işlər aparılır.

Ölənlərin ola biləcəyi istisna edilmir. Binanın çökməsi ilə bağlı araşdırma da aparılır.

Milli.Az