Mozambikdə daşqınlar 66 nəfəri öldürdü

13 Mart 2019 18:14

Mozambikin şimali və mərkəzi hissələrində son bir neçə gün ərzində daşqınlar nəticəsində 66 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "İday" tropik siklonunun gətirdiyi aramsız yağışlar bölgədə ciddi fəsadlara səbəb olub.

Daşqınlar 6 minə yaxın yaşayış evini dağıdıb, 140 minə yaxın sakin təbii fəlakətdən ziyan çəkib.

Bundan başqa, siklon təhlükəsi ilə bağlı sahilyanı ərazilərdən sakinlər təxliyə olunub.

Milli.Az